KİV: ABŞ-Rusiya görüşünün təhlükəsizliyi yüksək səviyyədədir(VİDEO)

KİV: ABŞ-Rusiya görüşünün təhlükəsizliyi yüksək səviyyədədir(VİDEO)
10 Apr 2025 13:40

Xəbər verdiyimiz kimi hazırda istanbulda ABŞ və Rusiya nümayəndələri arasında görüş keçirilir. Rusiya mediasının diplomatik mənbəyə istinadın yaydığı məlumata görə,  belə bir tarixi müzakirələrdən ötrü təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib. 

Şəhər rəhbərliyi görüşlə əlaqədar təhlükəsizlik tədbirlərini xeyli gücləndirib, polis əməkdaşları həm 1,5 kilometrlik turistik küçənin özündə, həm də diplomatik missiyanın binasında yerləşdiriliblər.

Agentliyin mənbəsinin sözlərinə görə, məhz Amerika və Rusiya nümayəndə heyətlərinin özləri danışıqlar üçün ideal yer kimi İstanbulu seçiblər.


“Bu, tərəflərin öz seçimidir” deyən diplomat, danışıqlar prosesinin Türkiyənin başqa bir şəhərinə köçürülməsinin nəzərdən keçirilmədiyini bildirib.


"O, danışıqların təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini, lakin görüşün müddəti barədə Ankaraya məlumat verilmədiyini vurğulayıb", - Gazeta yazıb.

Əvvəlki Rusiya-ABŞ danışıqları 27 fevral tarixində İstanbulda ABŞ-nın Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin yekun bəyanatında bildirilib ki, "müzakirələr məzmunlu və işgüzar şəraitdə keçib". Nazirlik əlavə edib ki, "bu kanalda dialoqu davam etdirmək barədə razılığa gəlinib".



Tural


Sizin reklam burada
Sizin reklam burada