Şou göstərməyin — iş göstərin!

Şou göstərməyin — iş göstərin!
14:11
Başçımız Abidin müəllim yenə “fəaliyyətdədir”. Bu dəfə “Lacoste” kostyumunda yox, iş kostyumunda kameralar qarşısına keçib.
Xırdalan yaman gündədir, cənab başçı isə Heydər Əliyev Parkında ağac əkir. Maraqlıdır, ağac əkmək üçün Xırdalanda başqa yer tapılmadı? Axı ən çox ağac elə həmin parkdadır. News365.az xəbər verir ki, bu sözləri İlhamə Əli facebook sosial şəbəkəsində paylaşıb.
Ulu Öndərin adına hörmət etmək istəyirsinizsə, cənab Abidin müəllim, əvvəlcə Heydər Əliyev prospektindəki yolları təmir etdirin. İşıq dirəklərinə lampalar taxdırın. Səkiləri satmayın, obyektləri yola çıxarmayın. İnsanların gündəlik yaşadığı problemləri həll edin.
Şəhid ailələrini, şəhid analarını yığıb parkda ağac əkmək idarəçilik deyil. Ağac əkmək yaxşı işdir, amma şəhərin əsas problemləri göz qabağında olduğu halda bunu kameralar qarşısında böyük “fəaliyyət” kimi təqdim etmək başqa məsələdir.
Etməyin, eləməyin, şou göstərməyin — iş göstərin!

Sizin reklam burada
Sizin reklam burada