ABŞ-Rusiya danışıqları 5-saat çəkəcək - VİDEO

ABŞ-Rusiya danışıqları 5-saat çəkəcək - VİDEO
10 Apr 2025 13:27

Moskva vaxtı ilə saat 12:00-a olan məlumata görə, İstanbulda aparılan danışıqlarda tərəflər gündəmin əhəmiyyətli hissəsini müzakirə ediblər. Bu barədə RİA Novosti mənbəsinə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, danışıqlar prosesinin yarısı geridə qalıb. Müzakirələrin 4-5 saat davam edəcəyi və Moskva vaxtı ilə saat 14:00-15:00-da başa çatacağı gözlənilir.

Xatırladaq ki, hazırda İstanbulda tarixi ABŞ-Rusiya danışıqları aparılır.

Əvvəlki Rusiya-ABŞ danışıqları 27 fevral tarixində İstanbulda ABŞ-nın Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin yekun bəyanatında bildirilib ki, "müzakirələr məzmunlu və işgüzar şəraitdə keçib". Bundan sonra Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutub. Müzakirələr 12 saatdan çox davam edib. Ağ Ev və Kreml ekspert qruplarının Səudiyyə Ərəbistanında keçirdiyi görüşdən sonra bəyanat yayıblar.



Tural


Sizin reklam burada
Sizin reklam burada