Kəmalə Günəşli toyda qalmaqal saldı – Polis müdaxilə etdi

Kəmalə Günəşli toyda qalmaqal saldı – Polis müdaxilə etdi
11 İyn 2025 14:22

Sumqayıtda yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib. 

News365.az xəbər verir ki, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər.   

O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.   

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. 

Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.  Məsələ ilə bağlı “Ajans.az” müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında "Mən yalnız toy haqqında məlumat verə bilərəm"- deyə, bildirib.


Sizin reklam burada
Sizin reklam burada