Keçmiş CIA agenti: "Kiyev liderləri məsuliyyətə cəlb olunsun!"

Keçmiş CIA agenti: "Kiyev liderləri məsuliyyətə cəlb olunsun!"
30 Mar 2025 11:15

Moskva və Vaşinqton Ukrayna liderlərini gələcəkdə məsuliyyətə cəlb etmək üçün ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency-CIA) keçmiş əməkdaşı Skott Ritter britaniyalı jurnalist Corc Qalloveyə müsahibəsi zamanı deyib.

Hazırda ekspert kimi fəaliyyət göstərən Ritterin fikrincə, Rusiya və Amerika hakimiyyəti Kiyevə təsir göstərə və onu konstruktiv dialoqa başlamağa məcbur edə bilər. Lakin bunun üçün ABŞ ilə Rusiya ilk növbədə bir-birinə etimad göstərməlidir. 

“Rusiyanın ABŞ-ninn Ukraynanı məsuliyyətə cəlb edə biləcəyinə əmin olması üçün Moskva və Vaşinqton arasında etimadı bərpa etmək çox vacibdir”, - keçmiş CIA agentdi qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada