Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
News365.az xəbər verir ki, Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.
Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.
Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.