İtaliyalı biznesmeni oğurlayıb çarpayıya zəncirlədilər - VİDEO

İtaliyalı biznesmeni oğurlayıb çarpayıya zəncirlədilər  - VİDEO
01 İyl 2024 17:02

Rusiyada iş adamı oğurlanıb.

News365.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Bryanskda baş vermiş bu cinayət hadisəsinin üstünü açıb. Əməliyyatçıların oğurlanaraq çarpayıya zəncirlənmiş italyan iş adamının sərbəst buraxılmasını əks etdirən görüntülər yayıblar. Nazirliyin rəsmi nümayəndəsi İrina Volk bununla bağlı videonu özünün Telegram kanalında yerləşdirib.

"Polis qısa zamanda iş adamının saxlanıldığı məkanı müəyyən edib və şübhəlilərin saxlanılması üçün əməliyyat keçirib. Kadrlardan da göründüyü kimi, təhlükəsizlik qüvvələri birinci mərtəbədəki pəncərədən evə daxil olaraq, əcnəbiyə "Qorxma biz səni xilas etməyə gəlmişik deyir", - RG nəşri gündəmə çevrilən görüntülərlə bağlı yazıb.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər