Misirdə yeni hökumət and içib

Misirdə yeni hökumət and içib
03 İyl 2024 17:57

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib.

News365.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, keçmiş hökumət kabinəsində vəzifə tutan 20-dən çox nazir vəzifəsindən kənarlaşdırılıb. 10 nazir isə öz postunu qorumağı bacarıb.

Bir sıra nazirliklər ləğv edilib, yeni hökumət tərəfindən İnvestisiya Nazirliyi yaradılıb.

Qeyd edək ki, iki ay əvvəl üçüncü səlahiyyət müddətinə başlayan Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyunun əvvəlində Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırmışdı.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər