ABŞ Polşa ilə bağlı bu qərarı ləğv edib

ABŞ Polşa ilə bağlı bu qərarı ləğv edib
22:00

ABŞ Müdafiə Nazirliyi (The Pentagon) ölkə daxilində yerləşən 4 min ABŞ hərbçisinin Polşaya göndərilməsi planını ləğv edib.

News365.az xarici mediaya istinadla xəbər verir ki, qərar gözlənilməz addım kimi qiymətləndirilir. 

Planın ləğvi ABŞ Konqresində narazılıqla qarşılanıb və Avropadakı hərbi mövcudluqla bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bu qərarın regionda təhlükəsizlik balansına təsir edə biləcəyini bildiriblər.

Məsələ həmçinin ABŞ-nin prezidenti Donald Trumpın Avropada ABŞ qoşunlarının mümkün azaldılması ilə bağlı siyasəti barədə müzakirələri də yenidən aktuallaşdırıb.


Qərarın səbəbi rəsmi şəkildə açıqlanmayıb.



Sizin reklam burada
Sizin reklam burada