Bakıda inklüziv şəhər və əlçatan cəmiyyət mövzusunda tədbir keçirilib

Bakıda inklüziv şəhər və əlçatan cəmiyyət mövzusunda tədbir keçirilib
22:30

 Bakıda 13 may 2026-cı il tarixdə keçiriləcək WUF13 tədbiri çərçivəsində Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi tərəfindən “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” başlığı altında tədbir keçirilib.

News365.az xəbər verir ki, tədbirdə Milli Məclisin, icra qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə yanaşı, beynəlxalq və xarici ölkələrdən gəlmiş təşkilatların nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, BMT-nin Azərbaycanda müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti David Rəhimli və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə çıxışlarında WUF13-ün əhəmiyyəti, inklüzivlik, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq məsələlərinə diqqət çəkiblər.

Daha sonra Milli Məclisin üzvləri Azər Allahverənov və Pərvanə Vəliyeva moderatorluğu ilə “Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və institusional mexanizmlər” və “Əlçatan şəhərlər və inklüziv gələcək: dövlət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzularında panel müzakirələri keçirilib. Panellərdə milli, beynəlxalq və xarici ölkələrdən spikerlər iştirak ediblər.

Tədbirin bədii hissəsi istedadlı əlilliyi olan şəxslərin ifasında mahnı və rəqs nümunələri ilə başa çatıb. Tədbir zamanı əlilliyi olan şəxslərin rəsm əsərləri də sərgilənib.


Sizin reklam burada
Sizin reklam burada