Dayı bacısı qızını güllələyərək öldürüb

Dayı bacısı qızını güllələyərək öldürüb
19:20

Türkiyədə dayı ilə bacısı qızı arasında avtomobildə baş verən torpaq sahəsinin satışı ilə bağlı mübahisə qətllə nəticələnib.

News365.az xəbər verir ki, mübahisə nəticəsində Ömər A. yanında olan tapança ilə bacısı qızı Əminə Bozqurda 4 dəfə atəş açıb.

Ağır yaralanan Əminə Bozqurd xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra Ömər A. və həyat yoldaşı Fadimə A. polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada