Nazirlər Kabineti (NK) "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci il tarixli qərarında dəyişiklik edib.
News365.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkə Prezidentinin, Birinci xanımının və Birinci vitseprezidentinin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin həyata keçirilməsini təmin edən Prezidentin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.