İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Qaaqiyyə rayonunda Litani çayı üzərindəki körpüyə zərbə endirib.
News365.az xəbər verir ki, bu barədə "Al-Mayadeen" kanalı məlumat verib.
Bildirilib ki, körpü bir neçə raket zərbəsindən sonra sıradan çıxıb. Nəticədə cənubdakı Nəbatiyyə və Bint Cbeyl şəhərləri arasındakı magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Xatırladaq ki, martın 14-də Nəbatiyyə-Mərcayun yolunun Hardali rayonu ərazisindəki hissəsində bir, 19 və 22 mart tarixlərində Əl-Qəsmiyyədə, cənub Səidə-Tire magistral yolundakı iki körpü dağıdılıb.
Livan Prezidenti Cozef Aun İsrailin mühüm mülki infrastruktura, xüsusən də Litani çayı üzərindəki körpülərə hücumlarını pisləyib və bunu ölkənin cənub bölgəsi ilə Livanın qalan hissəsi arasında coğrafi əlaqəni kəsmək cəhdi kimi qiymətləndirib.