“Əmək Məcəlləsində iki növ ödəniş sistemi mövcuddur”
Bunu iqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib. O əlavə edib ki, Əmək Məcəlləsinə əsasən, hazırda iki əsas əməkhaqqı ödəniş sistemi mövcuddur – işəmuzd və vaxtamuzd.
Onun sözlərinə görə, işəmuz sistemində əməkhaqqı işçinin gördüyü işin həcmi, istehsal etdiyi məhsul və ya göstərdiyi xidmətin miqdarına əsasən hesablanır. Vaxtamuz sistemində isə əməkhaqqı işçinin işdə keçirdiyi vaxta görə müəyyən olunur.
“Adətən ofis işçiləri vaxtamuzd, istehsal sahəsində çalışanlar isə işəmuz sistemlə işləyirlər. Hər iki ödəniş forması qanunvericilikdə nəzərdə tutulub və qanunidir,” – deyə iqtisadçı qeyd edib.
Xalid Kərimli əlavə edib ki, son vaxtlar bu mövzunun aktuallaşmasının səbəbi “saatlıq minimal əməkhaqqı” anlayışının qanunvericiliyə daxil edilməsi ilə bağlı ola bilər:
“Əvvəllər aylıq minimal əməkhaqqı tətbiq edilirdi, indi isə saatlıq minimal əməkhaqqı anlayışı gündəmə gəlib. Bu da gələcəkdə saatlıq əmək müqavilələrinin bağlanmasını aktuallaşdıra bilər.”