Sabunçu Tibb Mərkəzinə direktor müavini vəzifəsinə yeni təyinat olub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı müvafiq əmr imzalayib.
Əmrə əsasən, Zeynal Bayramlı tibb müəssisəsinin müalicə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Yeni təyinatınadək Z.Bayramlı Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, 5 iyun 2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.
Əlavə edək ki, baş həkim vəzifəsi isə İlahə Şükürovaya həvalə olunub.