ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son açıqlamasına görə, İraqın şimalında vurulmuş İran PUA-sına aid partlamamış hərbi sursatların zərərsizləşdirilməsi zamanı baş verən partlayış nəticəsində daha bir amerikalı hərbçi həlak olub, biri isə xəsarət alıb. Bu hadisə ilə Vaşinqtonun İrana qarşı apardığı əməliyyatlarda rəsmi təsdiqlənmiş itkilərinin sayı 17-yə yüksəlib. Əvvəllər İordaniyadakı bazaya endirilən raket zərbəsində itkin düşmüş əsgərin də qalıqlarının tapıldığı bildirilir.
Münaqişə zonada qarşılıqlı ağır zərbələrlə daha da kəskinləşir:
ABŞ-nin qisas zərbələri: İyulun 18-də Amerika ordusu İrandakı yeni hərbi obyektləri hədəf alıb. Əməliyyatların əsas məqsədi İordaniyadakı itkilərin qisasını almaq və İranın Hörmüz boğazındakı gəmiçiliyə təhlükə yaratmaq imkanlarını məhdudlaşdırmaqdır.
İranın cavabı: Tehran cavab olaraq ABŞ-nin Küveytdə yerləşən iki hərbi bazasına raket zərbələri endirib.
Trampın mövqeyi: ABŞ Prezidenti Donald Tramp hərbçilərin ölümünü kədərli hal adlandıraraq, Vaşinqtonun ana hədəfinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu xatırladıb.
Regionda hərbi iştirakını genişləndirən ABŞ, Almaniya və Böyük Britaniyadakı bazalardan Yaxın Şərqə F-16, F-35 qırıcıları və hava yanacaqdoldurma təyyarələri dislokasiya edir.