İranın XİN rəhbəri ABŞ-la danışıqlar üçün Omana gedir

İranın XİN rəhbəri ABŞ-la danışıqlar üçün Omana gedir
12 Apr 2025 10:27

İranın danışıqlar üzrə nümayəndə heyəti ABŞ-la müzakirələr aparmaq üçün Omanın paytaxtı Maskata gedir. Bu barədə İSNA agentliyi məlumat yayıb.


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, iranlı diplomatlar XİN rəhbəri Abbas Əraqçinin müşayiəti ilə Maskata yola düşürlər.


Danışıqlar başlamazdan əvvəl Əraqçi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

Tehran və Vaşinqton arasında birbaşa nəzərdə tutulmayan danışıqlar şənbə günü günortadan sonra reallaşacaq. İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ-nin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.

Oman rəsmiləri hələlik danışıqların konkret məkanının açıqlamayıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada