İrandan Xamenei ilə bağlı daha bir açıqlama

İrandan Xamenei ilə bağlı daha bir açıqlama
22:00

İranın ali rəhbəri Müctəba Xamenei vəzifələrini icra edir və onun sağlamlığı qaydasındadır.

News365.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı məlumat yayıb.

“Yeni ali rəhbərlə bağlı heç bir problem yoxdur. Dünən o mesaj yayıb və vəzifələrini yerinə yetirəcək. Konstitusiyaya uyğun olaraq o, artıq vəzifələrini icra edir və bunu davam etdirəcək”, - Arakçı vurğulayıb.

Qeyd edək ki, Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.

Martın 12-də isə onun xalqa ilk müraciəti yayılıb.


Sizin reklam burada
Sizin reklam burada