İrandan bu ölkəyə xəbərdarlıq

İrandan bu ölkəyə xəbərdarlıq
17:30

Birləşmiş Ərəb Əmirlikləri bizə qarşı ABŞ və İsraillə əməkdaşlıq etməyə davam edərsə, bu ölkəyə qarşı daha sərt davranacağıq.

News365.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri deyib.

“Birləşmiş Ərəb Əmirlikləri özlüyündə əhəmiyyətli deyil, yalnız ABŞ və İsrailin dəstəyi ilə İslam Respublikasına qarşı hərəkətlər edə bilir”, - o bildirib.

Kövsəri İranın qonşu ölkələri İsraildən xilas etmək istədiyini iddia edib:

“Bunlar bizim qonşularımızdır, həmişə onların vəziyyətini nəzərə almışıq və onları İsrailin əlindən xilas etmək istəyirik”.

Sizin reklam burada
Sizin reklam burada