Şamda kafedə partlayış: 5 nəfər ölüb

Şamda kafedə partlayış: 5 nəfər ölüb
21:00

Suriyanın paytaxtı Şamda yerləşən kafelərdən birində baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

News365.az xəbər verir ki, partlayış şəhərin Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. 

Məlumata görə, Suriya dövlət televiziyası hadisənin əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu nəticəsində baş verdiyini bildirib. 

Hadisə yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Faktla bağlı araşdırma aparılır.  



Sizin reklam burada
Sizin reklam burada