İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 50-ni ötüb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb. Yaralananların sayı isə 60-dır.
16:01
İranın Minab şəhərində qızlar üçün fəaliyyət göstərən ibtidai məktəbə edilən hücum nəticəsində ölənlərin sayı 40-a çatıb, 48 şagird yaralanıb.
News365.az bu barədə "İRNA" agentliyinə istinadən məlumat yayır.
Bildirilir ki, hadisə məktəb və ətraf ərazilərdə böyük dağıntılara səbəb olub və xilasedici və tibbi xidmətlər dərhal fəaliyyətə başlayıb.
15:34
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
News365.az xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.