İran–BƏƏ qarşıdurması böyüyür: Neft zavodu təhlükədə
Dünya
10:30
“Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri yaxın vaxtlarda İran ərazisinə qarşı gizli əməliyyat həyata keçirə bilər.
News365.az xəbər verir ki, əsas hədəf İranın Lavan adasında yerləşən neftayırma zavodu ola bilər.
Məlumata əsasən, bundan əvvəl İran tərəfindən BƏƏ-yə məxsus neft infrastrukturlarından birinə hücum edildiyi iddia olunur. Hadisə ilə bağlı açıqlama verən Fuceyra rəsmisi hücumu təsdiqləyib.
Nəşr vurğulayır ki, bölgədə artan gərginlik fonunda Əmirliklərin cavab addımı atması ehtimalı yüksək qiymətləndirilir.