“İranın Fransa ilə Paşinyana sağlıq deməyi qalıb“- Hərbi ekspert

“İranın Fransa ilə Paşinyana sağlıq deməyi qalıb“-  Hərbi ekspert
17 Apr 2024 10:54

"İran vasitəsilə Azərbaycanın əraziləri Iranın gözü qarşısında talanıb. İran vasitəsilə ərazimizdə keçirilən daşımaları da unutmadıq".

Hərbi ekspert Ədalət Verdiyev bunu news365.az-a açıqlamasında bildirib. 

"İslam dininə mənsub olan bir Azərbaycanlının evinin sökülüb, dağılması, daşınması İran nömrəli maşının vasitəsilə həyata keçirilir. Digər tərəfdən İran maşınlarına saxta Rusiya nömrələri taxılıb, yanacaq, söküntü materialları daşınırdı. Iranın əli dirsəyə qədər müharibə şəhidlərinin qanına batıb. Iranın bir neçə tank əleyhinə raket komplekslərinin Ermənistana verilməsi də faktdır. Bunu Ermənistan tərəfi də gizlətməyib. Ermənistandan olan pua aperatrları Iranda təlim keçirdilər.  İran hər tərəfli Ermənistana yardım edib. Zəngəzur dəhlizinin açılmasına dəstək verən ölkələrdən biri İran idi. Ilk etiraz edən də İran oldu. Bu gün görürük ki, İran Fransa ilə əlbir olaraq Paşinyana sağlıq deməyi qalıb"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər