İran dünyanın ən nəhəng qaz yataqlarından birini vurdu – BƏƏ-də "Şah" alovlar içində

İran dünyanın ən nəhəng qaz yataqlarından birini vurdu – BƏƏ-də "Şah" alovlar içində
14:18

İran İslam Respublikası Fars körfəzi regionunda enerji infrastrukturuna qarşı sarsıdıcı zərbələr endirərək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) strateji əhəmiyyətli "Şah" qaz yatağını hədəf alıb.

News365.az xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində Rub-əl-Xali səhrasında yerləşən nəhəng yataqda güclü yanğın başlayıb. Əbu-Dabi rəsmiləri səhranın dərinliklərində tüğyan edən alovun lokallaşdırıldığını və xoşbəxtlikdən insan tələfatının olmadığını bildirsələr də, obyektə dəyən maddi ziyanın miqyası olduqca böyükdür.

Dünyanın kükürdlü qaz ehtiyatına görə ən böyük yataqlarından biri hesab olunan "Şah" yatağı gündəlik təxminən 500 milyon kubfut qaz hasilatı ilə bölgənin enerji təhlükəsizliyində həlledici rol oynayır.

Qeyd edək ki, bu yatağın operatoru BƏƏ-nin milli neft şirkəti ADNOC ilə Amerikanın "Occidental Petroleum" şirkətinin birgə müəssisəsidir.

ABŞ-ın iştirakı olan bu obyektin hədəf alınması Tehranın Vaşinqton və onun regional müttəfiqlərinə birbaşa meydan oxuması kimi qiymətləndirilir. Bu hücumdan sonra qlobal enerji bazarında qazın qiymətinin kəskin artacağı və Körfəz ölkələrində müdafiə tədbirlərinin ən yüksək səviyyəyə qaldırılacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada