İrakli Kobaxidze Ceyhun Bayramovla görüşüb

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşüb
22 İyl 2025 20:30

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri müzakirə olunub, son illərdə münasibətlərin pozitiv dinamikası vurğulanıb.

Birgə infrastruktur və enerji layihələrini müzakirə edən tərəflər bu layihələrin Orta Dəhlizin inkişafında əhəmiyyətini vurğulayıblar. Ticari-iqtisadi əlaqələrə, ölkələr arasında ticarət dövriyyəsinin artımındakı müsbət tendensiyalara da diqqət yetirilib.

Söhbət zamanı bölgədəki mövcud vəziyyətə də toxunulub. İ.Kobaxidze Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada