İqtisadiyyat
Nazirliyi nəhəng bir İT layihəni tenderə çıxarıb. Layihə Milli Məkan Məlumatları
İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur. Tenderin ehtimal olunan
qiyməti 21 milyon 881 min 253 manatdır. Bu layihə ölkə miqyasında coğrafi məlumatların
toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir
informasiya sistemini yaratmağı hədəfləyib.
Mövzu ilə
bağlı News365.az–a danışan Azərbaycan
İnternet Forumunun prezidenti Osman
Gündüz deyib ki, bir neçə il öncə qəbul edilən qanunvericilikdə Milli Məkan
Məlumatları İnformasiya Sisteminin yaradılması nəzərdə tutulsa da, indiyədək
bunu reallaşdırmaq mümkün olmayıb:
“Hiss
olunurdu ki, bu məsələdə müxtəlif qruplar arasında maraq toqquşmaları var.
Tenderə kimlərin qatılacağını demək çətindir. Cəmi bir-iki İT şirkətimiz var
ki, buna iddia edə bilər. Bilmək olmaz, bəlkə də İsrail, yaxud Türkiyə şirkətlərinə
həvalə edilə bilər bu layihə. Hansı ki, milli təhlükəsizlik baxımından bu, elə
də uğurlu variant olmaya bilər”.
Qeyd edək
ki, tenderin qalibi 16 noyabrda bilinəcək.
News365.az