“İmişli” bu futbolçu ilə razılığa gəldi

“İmişli” bu futbolçu ilə razılığa gəldi
11:50

2025/26 mövsümündə Premyer Liqada mübarizə aparacaq "İmişli" heyətini komplektləşdirməkdə davam edir.

Bölgə təmsilçisi yerli futbolçu ilə güclənib.
 

Rayonun eyniadlı təmsilçisi ötən mövsüm "Turan Tovuz"un formasını geyinən Rüfət Əhmədovla ortaq məxrəcə gəlib. 22 yaşlı müdafiəçi yeni mövsümdə "İmişli"nin uğurları üçün çalışacaq.


Qeyd edək ki, Əhmədov ötən mövsüm "boz qurdlar"ın heyətində 14 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada