İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas Kristensenlı bağlı planları dəyişib.
Kataloniya təmsilçisi daha əvvəl 29 yaşlı müdafiəçi ilə yollarını ayırmağa hazır idi.
Lakin İnyiqo Martinesin komandadan gedişindən sonra danimarkalı oyunçu heyətdə əsas müdafiəçilərdən biri ola bilər.
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. “Barselona” rəhbərliyi sözləşmənin müddətini daha bir il uzatmağa hazırdır.
Qeyd edək ki, Andreas Kristensen ötən mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.