Türkiyənin Mersin şəhərinin Bozyazı rayonunda ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya aparılan 2 uşaq həyatını itirib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, uşaqların ana və atası isə müalicəyə alınıb.
Tekmen kəndindəki evdə 33 yaşlı Ebru həyat yoldaşı 38 yaşlı Musa və uşaqları 8 yaşlı Azra ilə 5 yaşlı Ömer Selim Tülü hələ ki məlum olmayan səbəbdən haldan düşüblər.
Şikayət üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qüvvələri göndərilib.