İki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

İki tramvay toqquşub, 25 nəfər xəsarət alıb
14:49

Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

Qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada