Hindistanla
Pakistan yenə bir-birinə "dişini göstərir".
Bu da bir
sualı aktuallaşdırır: müharibə olacaq?
Mövzu ilə
bağlı News365.az -a danışan iqtisadçı ekspert Eldəniz Əmirov
deyir ki, əgər bu iki ölkə açıq müharibəyə girsə, bunun dalğası təkcə Asiyada
yox, bütün dünyada hiss olunacaq:
“Qlobal ərzaq
təhlükəsizliyi ciddi zərbə alarcaq. Atmosfer çirklənmsi iqlimi dəyişər, məhsuldarlıq
düşər və əsl aclıq problemlemləri artar. Həmin region valyutaları təzyiq altına
düşər, investorlar dərhal qaçar. Bir sözlə, iqtisadiyyat hədsiz zədə görər.
Geosiyasi
baxımdan isə Cənubi Qafqazda təsirlər hiss olunar. Silahlnma balansı təsilənər,
layihələr ləngiyər, diplomatik proseslər dərinləşər.
Amma hesab edirəm
ki, bunlar heç biri olmayacaq. Çünki müharibə baş verməyəcək.
Çünki bu
savaş nüvə dövlətləri arasında baş versə, nəticəsi "kim qalib gəldi?"
yox, "kim sağ qaldı?" sualı olacaq. Heç bir qlobal gücə də bu senari
sərf etmir. Ərzaq böhranı, enerj təlatümü, bazarların çöküşü, diplomatik domino
effekti… Dünya bu riskə getməz.
Ona görə də
məncə, bu bir az da "səs-küy diplomatiyasıdır". Bu dövrdə müharibə
silahla yox, bazarlarla aparılır. Kimin silahı çoxdursa, qorxudur, kimin bazarı
çoxdursa, yaşayır”.
News365.az