Həştərxanda hava hücumu xəbərdarlığı elan edilib

Həştərxanda hava hücumu xəbərdarlığı elan edilib
11:20

Müharibə ab-havası artıq Dağıstanda da tam gücü ilə hiss olunur. Həştərxan vilayətinin şimal rayonlarında hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. Bu barədə vilayət qubernatoru İqor Babuşkin məlumat yayıb.

Onun sözlərinə görə, radioelektron mübarizə və hava hücumundan müdafiə xidmətləri normal rejimdə işləyirlər. O, yerli sakinləri narahat olmamağa çağırıb.

Qubernator xatırladıb ki, analitiklər əhali arasında çaxnaşma salmaq üçün çatlarda və müəyyən qruplarda saxta məlumatların yayılmasının artdığını qeyd edirlər. Buna görə də Babuşkin əhalidən yalnız təsdiqlənmiş və rəsmi məlumatlara etibar etməyi xahiş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Youtube kanalımız

Oxşar xəbərlər