Rusiyada pələng bir nəfəri parçalayıb. Bu barədə Ren Tv öz mənbəsinə istinadən məlumat yayıb. Qeyd edilib ki, kişiyə hücum edən vəhşi heyvan ona ağır bədən xəsarətləri yetirib. Nəticədə yaralı ölüb
Telekanalın mənbəsi onu da dəqiqləşdirib ki, yırtıcının hücumu Solontsovı kəndindən 20 kilometr aralıda ağac kəsmə sahəsində baş verib:"Pələng qurbanını meşəyə sürüyüb. Müstəntiqlər bir nəfərin ölümü ilə bağlı araşdırmalara başlayıb. Bir sıra müayinələr aparılacaq".
Tural