Kreml rəsmisi Dmitri Peskov diqqət çəkən açıqlamalar verib. O, Rusiya lideri Vladimir Putinin Donbasa səfər edəcəyini istisna etməyib. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Rusya mediasına müsahibəsində məlumat verib. O, müvafiq suala cavabında bdeyib: "Əlbəttə, mən yenidən belə bir səfərin olacağını istisna etmirəm", - Peskov qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Putin həmişə insanların, onun qayğısına və köməyinə ehtiyacı olanların yanındadır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Mariupola 2023-cü ilin martında səfər etmişdi. Bu, onun Donbasa ilk səfəri idi.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural