Reykyanes yarımadasında keçən gecə başlayan dəhşətli vulkan püskürməsi nəticəsində Qrindavik şəhəri və İslandiyanın məşhur geotermal kurortu olan "Blue Lagoon" tamamilə boşaldılıb. Bu barədə İslandiyanın “Visir” internet qəzeti məlumat yayıb.
“Yaranmış çatların uzunluğu təxminən üç kilometrdir. Onun cənub ucu isə Silinqarfeldə yerləşir. Onların son bir neçə gün ərzində Qrindavikdə təxminən əlli evə çatması güman edilir. Polis və mülki müdafiə dərhal şəhərin və kurort zonasının boşaldılması üçün işə başlayıb və bu, uğurlu alınıb”, - nəşr yazıb. Sayt vulkanın hazırkı arzuolunmaz fəaliyyətini canlı yayıma da qoyub.
Tural