Azərbaycandan Türkiyəyə gəlmək üçün havaya qalxan hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində düşməsi nəticəsində şəhid olan Hava Təyyarə Baxım Əsgəri Üstçavuş Burak İbbiği’nin (28) xəbəri Çorumdakı ailəsinə verilib.
News365.az xəbər verir ki, şəhidin ata evinə və yaşadığı küçəyə Türk bayraqları asılıb, qonşular və yaxınlar taziyə üçün toplaşıb.
Subay olan və 4 bacı-qardaşı olan Burak İbbiğiyə təşkil olunacaq hərbi mərasimdən sonra Çorumda dəfn ediləcək.
News365.az