Asteroidə bağlanacaq “uçan göydələn” layihəsi təqdim olunub.
News365.az xəbər verir ki, “Clouds Architecture Office” qeyri-adi göydələn layihəsi irəli sürüb.
“Analemma Tower” adlanan layihəyə görə, bina Yer səthindən təxminən 50 min kilometr yüksəklikdə yerləşəcək bir asteroidə bağlanacaq.
Layihəyə əsasən, bu “uçan göydələn” hər gün Yer kürəsi ətrafında hərəkət edəcək və bəzi vaxtlarda Nyu-York və Dubay kimi şəhərlərin üzərində “fasilə” edəcək. İnsanların göydələnə çıxışı isə helikopterlər vasitəsilə təmin olunacaq.
Bildirilir ki, binanın enerji və su tələbatı günəş panelləri və yağış sularının toplanması ilə qarşılanacaq.
Layihənin həyata keçirilməsi üçün əvvəlcə Yerə yaxın bir asteroidin tapılması və onun uyğun orbitə yerləşdirilməsi lazımdır.