Türkiyədə yeniyetmələr arasında baş verən dava ölüm ilə nəticələnib.
News365.az xəbər verir ki, hadisə zamanı 16 yaşlı Mustafa Yağız Edik sinə nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı şübhəli şəxs qismində 16 yaşlı R.M. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.