“Hər kəs elə bilirdi ki, Rus sülhməramlıları təməlli gəlmişdi“ - Elşad Miri

“Hər kəs elə bilirdi ki,  Rus sülhməramlıları təməlli gəlmişdi“ -  Elşad Miri
19 Apr 2024 10:51

"Azərbaycan bütün ərazilərində özünün suveren hüquqlarını artıq təsbit etmiş vəziyyətdədir. İstənilən xarici ölkə bir dövlətin ərazisində olması, istəsək də, istəməsək də müəyyən suveren hüquqlarınızdan qisməndə olsa imtina etmək deməkdir". 

Politoloq Natiq Miri bunu News365.az-a açıqlamasında deyib. 

"Artıq Azərbaycanda hansısa məhdudlaşdırıcı məqam mövcud deyil. Kimsə müşahidə xarakterli əməliyyat apara bilməz. Bundan sonra bütün prosesslərə, hətta təhlükəsizlik məsələlərinə Azərbaycan dövləti özü nəzarət mexanizmini həyata keçirəcək. Bu çox böyük bir üstünlükdür. Otuz il bu dövlət bu insanların istədikləri bir vəziyyət axır ki, Azərbaycanda bərqərar oldu. Çünki kimlərsə fikirləşir ki, Rusiya hərbi kontingentinin çıxması adi bir hadisədir. Rusiya 2020-ci il noyabrın 10-da bu sərhəd kanteksində Azərbaycana gələndə hər kəs elə bilirdi ki, təməlli gəlmişdi. Əks təqdirdə Xocalıda Rus generallarının heykəllərini də özündə simvolik olaraq təsbit edə\n böyük bir mərkəz yaradılmazdı"- deyə politoloq bildirdi. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər