Həbsxanadan çıxdı, keçmiş arvadını qətlə yetirdi

Həbsxanadan çıxdı, keçmiş arvadını qətlə yetirdi
20:00

Türkiyədə ötən il itkin düşən Muazzez Bayhanın keçmiş əri tərəfindən öldürüldüyü məlum olub.


News365.az yerli mediaya istibadla xəbər verir ki, istintaq materiallarına əsasən, həbsxanadan icazə ilə çıxan Münür Turhan keçmiş həyat yoldaşı Muazzez Bayhanı baş nahiyəsindən tapança ilə vuraraq öldürüb və meyiti çay yatağında basdırıb.

Daha sonra o həbsxanaya getməyərək qaçıb. 

Qeyd edilib ki, Münür Turhan barəsində “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli  sürülüb. 

Bildirilib ki, təqsirləndirilən şəxsin 40-dan çox cinayət keçmişi və qüvvəyə minmiş 22 illik həbs cəzası var.



Sizin reklam burada
Sizin reklam burada