Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək

Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək
02 İyl 2026 23:38

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.

News365.az xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.

Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada