PlayStation fiziki disk satışını dayandıracaq

PlayStation fiziki disk satışını dayandıracaq
02 İyl 2026 23:20

PlayStation 2028-ci ildən etibarən yeni oyunların fiziki disk formatında satışını dayandıracağını açıqlayıb.

News365.az xəbər verir ki, şirkətin qərarına əsasən, həmin tarixdən sonra təqdim olunacaq oyunlar yalnız rəqəmsal formatda istifadəçilərə təqdim ediləcək. Bu addım oyun sənayesində rəqəmsal satış modelinə keçidin daha da sürətləndiyini göstərir.

Qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Bir çox istifadəçi bunun rəqəmsal məzmuna çıxış imkanlarını artıracağını bildirsə də, digərləri internetdən asılılığın artacağını və fiziki nüsxələrin tamamilə tarixə çevriləcəyini vurğulayır.



Sizin reklam burada
Sizin reklam burada