Xəbər verdiyimiz kimi, İstanbulda məşhur simaları hədəf alan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində aralarında aktrisa Serenay Sarıkaya olmaqla 25 nəfər haqqında həbs qərarı verilib.
News365.az xəbər verir ki, aparılan istintaq çərçivəsində İstanbul və Muğlada eyni vaxtda əməliyyat keçirilib. İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar daxil olmaqla ümumilikdə 25 ünvanda axtarış aparıb.
İstintaq materiallarında bəzi məşhur şəxslərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin yarandığı bildirilib.
Hazırda xaricdə olduğu bildirilən Serenay Sarıkaya sosial media hesabında paylaşım edərək ən qısa zamanda Türkiyəyə qayıdacağını açıqlayıb:
"Xəbəri uzun müddətdir planlaşdırdığım xaric səfərində olarkən aldım. Ən qısa zamanda ölkəmə qayıdıb bütün lazımi prosedurları yerinə yetirəcəyəm."
Sarıkayanın paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Əməliyyat çərçivəsində nəzarətə götürülən şəxslər arasında aşağıdakı tanınmış simalar da var:
Feyza Civelek
Onur Tuna
Berkay Şahin
Volkan Bahçekapılı
Aslıhan Turanlı
İstintaqın davam etdiyi, əməliyyat zamanı əldə edilən rəqəmsal materialların və evlərdə aşkarlanan bəzi tapıntıların ekspertiza üçün araşdırıldığı bildirilib.