Britaniya ordusunda ŞOK - Məxfi sənədlər zibil qutusundan tapıldı

Britaniya ordusunda ŞOK - Məxfi sənədlər zibil qutusundan tapıldı
20:58

Böyük Britaniya Müdafiə Nazirliyinin məxfi sənədləri ölkə ordusunun ən böyük hərbi bazasının yaxınlığındakı poliqonda aşkarlanıb.

Bu barədə "The Sun on Sunday" qəzeti xəbər verib.

Sənədlər təsadüfən İngiltərənin Şimali Yorkşir qraflığındakı Ketterik qarnizonundan təxminən 4 km məsafədə yerləşən bələdiyyənin zibilxanasında bir yolçu tərəfindən tapılıb. Nəşrin məlumatına görə, materiallarda hərbi qulluqçuların şəxsi məlumatları, silahların saxlanılması, qarovulun dəyişdirilməsi, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara cavab protokolları barədə məlumatlar var.

Ketterik bazasında təxminən 13 min hərbçi yerləşdirilib.

Krallığın hərbi polisi hadisəni araşdırmağa başlayıb. Böyük Britaniya Ordusunun nümayəndəsi bildirib ki, ilkin qiymətləndirmələrə görə, aşkar edilmiş sənədlərdə operativ müdafiə ilə bağlı gizli məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada