Bu avtobuslar pulsuz olacaq

Bu avtobuslar pulsuz olacaq
12:50

Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.

Bu barədə News365.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.  Məlumata əsasən, satlların istiqamətləri bunlardır: C1 - Xaqani bağı - Zərifə Əliyeva küçəsinin sonu, C2 - Sabir bağı - Əziz Əliyev küçəsinin sonu.  Bildirilib ki, bu şatllar həftə sonları və bayram günlərində saat 12:00-00:00 aralığında fəaliyyət göstərəcək. İnterval isə 7-10 dəqiqə olacaq.



Sizin reklam burada
Sizin reklam burada