BƏƏ-nin paytaxtı Əbu-Dabidə ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqları ərəfəsində ərazi güzəştlərinin də nəzərdən keçirildiyi iddiası yayılmışdı.
News365.az xəbər verir ki, bu barədə “Röyters” də ABŞ rəsmilərinə istinadla məlumat yaymışdı.
“Ekonomist” nəşri isə “ərazi mübadiləsi”nin müzakirə edildiyini yazmışdı. Ancaq Kreml “mübadilə” iddiasını dərhal təkzib etdi.
Əbu-Dabi görüşünün ardınca isə Rusiyanın Ukrayna üçün “çəkdiyi” xəritə sosial şəbəkələrdə tirajlanıb. İddiaya görə, Rusiya Ukraynanın yalnız bu ərazilər daxilində mövcudluğunu tanıyacağını bildirib.
Yayılan xəritədə nəinki Donetsk, Luqansk və Krım, eyni zamanda Xerson (Odessanın sərhədinə qədər), Zaporojye vilayətinin əhəmiyyətli hissəsi və digər əraziləri də Rusiyanın ələ keçirdiyi əks olunub.
Qeyd edək ki, Vladimir Zelenskinin bu tələbi rədd etdiyi də vurğulanır.