Rusiya ABŞ-ni ballistik raket buraxmaq niyyəti ilə bağlı xəbərdar edib və Ukraynadakı hədəfə yeni “Oreşnik” raketi atıb. Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məqalə müəllifinin sözlərinə görə, atılan sursatın hündürlüyü və sürəti onun ballistik raket olduğunu göstərib.
O da bildirilib ki, silah əvvəlcə qitələrarası ballistik raketlə səhv salınsa da, sonradan onun orta mənzilli ballistik raket olduğu məlum olub.
Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən ballistik raket buraxılıb. Ukrayna mediası bunun qitələrarası ballistik raket olduğunu iddia edib və onun düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini açıqlayıb. "Oreşnik"dən istifadə beynəlxalq aləmdə rezonans doğurub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural