Gürcüstan İrəvanın Qərblə əlaqələrinin güclənməsini alqışladı

Gürcüstan İrəvanın Qərblə əlaqələrinin güclənməsini alqışladı
11:15

Gürcüstan hökuməti Ermənistanla Avropa İttifaqı və ABŞ arasında əlaqələrin möhkəmlənməsini alqışlayır. Xarici KİV-in yaydığı məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.


Boçorişvilinin fikrincə, İrəvanın Qərb ölkələri ilə münasibətlərinin gücləndirilməsi bütövlükdə Cənubi Qafqaza müsbət təsir göstərəcək. Diplomat əlavə edib ki, Gürcüstan Ermənistanın tərəfdaşları ilə münasibətlərinin bu istiqamətdə inkişaf etməsindən məmnundur.


Yanvarın 24-də Ermənistan parlamentinin müvafiq komitəsi ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Tural