Göyçə gölü hövzəsində 1111 kənd mövcud olub. 1111 kəndin 831 kəndi İrəvan xanlığına aid olub.
Bunu news365.az-a Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov bildirib.
“Göyçə mahalında göstərilir ki, 5607 nəfər əhali yaşayır. 5607 nəfər əhalinin yalnız 90 nəfəri erməni göstərilir. Bunun 2 ailə 9 nəfəri Zərkənd kəndində, 15 ailə 81 nəfər Heyranız kəndində. Göyçədə yaşayanlar da bilir ki, Zərkənd kəndində də, Heyrans kəndində də ümumiyyətlə erməni olmayıb. Mənim gəldiyim qənaət budur ki, əsrin əvvəəllərində müharibə başlayanda ora sənətkarlıq, ticarət üçün gələn ermənilər kameral siyahıyaalma zamanı siyahıya düşüblər. Siyahıya düşsə belə siyahıyaalmada 5607 əhali, 999 ailə. Amma bu Göyçə mahalını əks etdirmir. Mən xahiş edərdim tədqiqatçılar da buna bir daha diqqət etsinlər. Göyçə mahalında 5607 nəfər 59 kəndin əhalisi kimi göstərilir. Amma həmin 59 kəndin 36 kəndinin əhalisidir bu. 23 kənd buradan, 67 kənd dağıdılıb xarabalığa çevrilmiş kəndlərdir.
Kamal Hüseynli