YAP-ın Veteranlar Şurasında iki yeni üzv - TAM SİYAHI

YAP-ın Veteranlar Şurasında iki yeni üzv - TAM SİYAHI
02 May 2025 17:55

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibinə iki yeni üzv daxil edilib.

News365.az xəbər verir ki, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynova hakim partiyanın Veteranlar Şurasına üzv olub.

Qərar partiya İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dvlət Reyestri Xidmətinin sabiq rəhbəridir. Fidumə Hüseynova isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısıdır.

Xatırladaq ki, YAP-ın Veteranlar Şurasının hazırkı tərkibi aşağıdakı kimidir:

  1. Rəhimzadə Arif Qafar oğlu – sədr
  2. Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
  3. Əlizadə Akif Ağamehdi oğlu
  4. Fərəcov Ədalət Nurulla oğlu
  5. İmamverdiyev Sudeyf Bəşir oğlu
  6. Mehdiyev Ramiz Ənvər oğlu
  7. Seyidzadə Dilarə Bağır qızı
  8. Mahmudov Yaqub Mikayıl oğlu
  9. Nəsirov Məmməd Yahya oğlu
  10. Cəbiyev Rizvan İsrafil oğlu
  11. Əsgərov Şahlar Qaçay oğlu
  12. Xəlilov Zahid Abdulla oğlu
  13. Abasova Adilə Ziyat qızı
  14. Ələkbərov Urxan Kazım oğlu
  15. Məmmədhəsənov Rafiq Musa oğlu
  16. Əliyev Cəmil Əziz oğlu
  17. Mərdanov Misir Cumayıl oğlu
  18. Əliyeva Nurlana Müzəffər qızı
  19. Əzizov İbrahim Vahab oğlu
  20. Əmiraslanov Əhliman Tapdıq oğlu
  21. Cahangirov Asif Baxış oğlu
  22. Qasımzadə Elbay Ənvər oğlu
  23. Həsənov Əli Şamil oğlu
  24. Məmmədov Tahir Tais oğlu
  25. Qoca Xeyrəddin Sayəddin oğlu
  26. Məmmədov Elman Camal oğlu
  27. Novruzov Vahid Tapdıq oğlu
  28. Rzayev Tahir Musa oğlu
  29. Abutalıbov Hacıbala İbrahim oğlu
  30. İsmayılov Nazim Mehdi oğlu  
  31. Quliyeva Zərifə Rzaqulu qızı 
  32. Hüseynov Vaqif Aslan oğlu 
  33. Quliyev Tahir Məhərrəm oğlu

Sizin reklam burada
Sizin reklam burada